Deputatlığa namizədlər siyahısını ilk olaraq bu partiya açıqladı + Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizədlər siyahısını ilk olaraq bu partiya açıqladı + Siyahı

Siyasət

09 Dekabr 2019 15:36 12614


Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. 

Partiyanın mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, İdarə Heyəti 9 fevral 2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində partiyanın iştirak məsələsini də müzakirə edib.

Müzakirələrin yekunu olaraq İdarə Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakının məqsədə uyğun olduğunu bildirib və bu məsələ barədə müvafiq qərarın qəbul edilməsi üçün 11 dekabr 2019-cu il tarixində Ali Məclisin sessiyasının çağırılması qərara alınıb. Sezar pizza

İdarə Heyəti həmçinin Ali Məclisə ilkin olaraq aşağıdakı şəxslərin ADP adından 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində müvafiq seçki dairələri üzrə namizədliklərinin irəli sürülməsini tövsiyyə edib.

9 saylı Binəqədi ikinci - Taliyət Əliyev

14 saylı Xəzər - Həsrət Rüstəmov

15 saylı Yasamal birinci - Sərdar Cəlaloğlu

17 saylı Yasamal üçüncü - Nazilə Soltanova

21 saylı Nəsimi birinci - Bəhruz Məmmədov

22 saylı Nəsimi ikinci - Rəşid Mənsurov

24 saylı Nizami birinci - Nurəddin İsmayılov

25 saylı Nizami ikinci - Vüqar Məmmədov

26 saylı Sabunçu birinci - Eldəniz Xudiyev

27 saylı Sabunçu ikinci - Nizami Məmmədzadə

29 saylı Səbail - Sadiq Həsənov

34 saylı Xətai ikinci - Zakir Hüseynov

35 saylı Xətai üçüncü - İlham Şərifov

41saylı Sumqayıt birinci - Qəşəm Abışov

42 saylı Sumqayıt ikinci - Xaliddin Cangirov

45 saylı Abşeron - Yaqub Xudiyev

46 saylı Şirvan - Kamil İsayev

47 saylı Mingəçevir - Əli Rəfiyev

57 saylı Kürdəmir - Cəbrayıl Dünyamalıyev

61 saylı Neftçala - Elton Sədiyarov

66 saylı Biləsuvar - Mehman İsmayılov

69 saylı Cəlilabad-Masallı-Biləsuvar - Daşqın Nuriyev

71 saylı Masallı kənd - Natiq Eynullayev

77 Astara şəhər - İlqar Qənbərov

87 saylı Ağsu-İsmayıllı - Süleyman Məmmədov

103 saylı Gədəbəy - Xaliq Sadıqov

111 saylı Zaqatala-Balakən - Mübariz İsmayılov

117 saylı Oğuz-Qəbələ - Əflatun Şərifov

Siyahının artacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!