Deputatlığa namizədlər üçün SON GÜN

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizədlər üçün SON GÜN

Siyasət

09 Yanvar 2020 07:07 1296


Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

"Yeni Sabah"ın məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-nu saat 18:00-dək təqdim edilməlidir.

Bundan əlavə yanvarın 10-da səsvermə protokollarının hazırlanması müddəti başa çatır. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən geci 30 gün qalanadək, yəni yanvarın 10-dək hazırlanmalıdır. Dominos pizza

Yanvarın 10-da həmçinin seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının löhvələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti başa çatır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!