Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Siyasət

02 Yanvar 2020 12:17 1123


Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb". Sezar pizza

M. Pənahov bildirib ki, müraciət edənlərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!