Dərman alarkən diqqətli olun –   Yoxlamalarda ciddi pozuntular aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Dərman alarkən diqqətli olun – Yoxlamalarda ciddi pozuntular aşkarlandı

Sosial

05 Avqust 2025 13:03 221


2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib.

Analitik Ekspertiza Mərkəzidən Yenisabah.az-a verilən məlumata görə, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb. pizza sifarişi

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!