“Dərmanlarımı çatdırıb ala bilmirəm” – Məşhur aktyor + Video

saytların hazırlanması

Evə çatdırılma

“Dərmanlarımı çatdırıb ala bilmirəm” – Məşhur aktyor + Video

Şou

10 Aprel 2020 16:53 946


Aktyor Allahverdi Yolçuyev maddi sıxıntı çəkdiyini deyib. 

Yenisabah.az xəbər verir ki, 61 yaşlı aktyor bu barədə ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinə zəng edərkən bildirib: "2019-2020-ci illər mənə düşmədi. Allah sizə kömək olsun. Utanıram bu barədə danışmağa. Özünüz bilirsiniz mən neçə ildir işləmirəm. Dost-tanış kömək edir, evdə ancaq qızlardır. Kürəkənim Mübariz kömək edir. Dərmanlarımı çatdırıb ala bilmirəm. Evdə tək, hamıdan ayrı qalmışam. Yaşlı adamam, xəstələnərəm nəvələrimə keçər". 

Teleaparıcı Zaur Baxşəliyev verilişin komandasının aktyora həm maddi, həm də ərzaq yardımı edəcəyini bildirib: "Allahverdi Yolçuyevin maddi durumu çox aşağıdır. Onun necə yaşadığını bilirəm. Bəzən özüm şok oluram ki, insan necə dözür, bu şəraitə tab gətirir. Sabah bizim əməkdaşlarımız sizin yanınıza gələcəklər. Siz də evdə qalın, çölə çıxmayın, özünüzü qoruyun. Bərabər buna qalib gələcəyik, biz birlikdə güclüyük".  Sezar pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!