Dərslər nə vaxt davam edəcək? - Nazirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dərslər nə vaxt davam edəcək? - Nazirdən açıqlama

Sosial

14 Aprel 2020 23:56 1404


Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində tədrisin nə vaxt davam etdiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, nazir AzTV-də yayımlanan “Hədəf” verilişində bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarından sonra ictimaiyyətə açıqlama veriləcəyini deyib:

“Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycanda ilk koronavirus halı aşkar edildikdən cəmi bir neçə gün sonra - mart ayının 3-də tədris prosesinin bütün təhsil müəssisələrində dayandırılması barədə qərar qəbul edildi. Pepperoni pizza

Nazirlər Kabineti yanında Operativ Qərargah bütün riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək və bu müddətin uzadılması barədə qərar qəbul edilərsə, bu həftə ərzində Azərbaycan ictimaiyyətinə məlumat veriləcək”.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!