“Desələr ki, Nemət Pənahlı qədər dünaya alçaq varlıq gəlməyib...“ - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Desələr ki, Nemət Pənahlı qədər dünaya alçaq varlıq gəlməyib...“ - Açıqlama

Maraqlı

18 Yanvar 2023 17:07 1234


"Həmin görüntülər Sevinc xanımın (Telmanqızı - red.) təkidi və israrı ilə ortaya çıxıb. O, başıüstə dayanmamı xahiş etdi".

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bunu Nemət Pənahlı deyib.

O, başa üstündə dayandığı videodan nə narahat olduğunu, nə də onu aşağılayacaq şərhlərə əhəmiyyət verdiyini bildirib: Marqarita pizza

"Birincisi, həmin görüntülər Sevinc xanımın təkidi və israrı ilə ortaya çıxıb. O, başıüstə dayanmamı xahiş etdi. Təbii ki, mən də bunun uyğun və canlı efirdə yeri olmadığını söylədim. Əslində orada qeyri-əxlaqi bir şey də görmürəm. O boyda ciddi çıxışdan sonra təbii ki, başıüstə dayanmağım uyğun deyildi. Amma veriliş bitəndən sonra Sevinc xanım özəl olaraq təkrar-təkrar xahiş etdi və inandırmağa çalışdı ki, çəkilən video özü üçündür.

Həm də yoqa ilə özünün maraqlandığını qeyd edərək, təkidlə əyani şəkildə göstərməyimi istədi. Mən də bir Azərbaycan xanımını qırmadım və nümayiş etdirdim.

Bu gün də yazırlar ki, Sevinc xanım səni məhv və düşmən elədi. Sevinc xanıma yalnız bir iradım var ki, görüntünü icazəm olmadan çəkib. Yəni öncədən çəkildiyini deməyib. Düşəndən sonra çəkilişin olduğunu bildirdi, mən də doğru olmadığını dedim.

Həyatımda təsadüfi addım atan adam deyiləm və bunun nə ilə qarşılaşacağını əvvəlcədən bilirdim. Həm də az-çox Azərbaycan cəmiyyətinə bələdəm.

Efirdən çıxdm və yenə Sevinc xanım mənə zəng etdi ki, bu videonun yayılmasına icazə verim. Təkrar-təkrar məsləhət görmədiyimi, uyğun olmadığını bildirsəm də, israrını davam etdi. Hətta sual da etdim ki, məqsədi və niyyəti mənim gülüş hədəfinə çevrilməyimdirsə, bunu da açıq desin. Xanım isə əksinə, məni bununla millətə örnək olaraq  göstərmək üçün və yaxın gələcəkdə məhz yoqa, idman sahəsində veriliş hazırlayacağının bir anonsunun reklamı olacağına inandırdı. Belə də razılaşdıq.

Doğrudan da bunu cəmiyyət üçün örnək kimi istəyirsizsə, belə bir veriliş təşkil edilsin, orada siyasətdən kənar yoqadan, sufizmdən, mənəvi aləmdən danışaq.

Nəhayət ki, Sevinc xanım israrla söz verdi ki, bu veriliş mütləq olacaq. Amma ondan əvvəl videonu yaysın. Bunun da mənim üçün fərqi yoxdur. Bütün dünya yığışıb desə ki, Yer üzünə Nemət Pənahlıdan dahi şəxsiyyət, peyğəmbər gəlməyib, tüküm tərpənəsi deyil. Yaxud əksinə, desələr ki, Nemət Pənahlı qədər dünaya alçaq varlıq gəlməyib, yenə tüküm tərpənəsi deyil. Mən məni bilirəm. Məni nə tərifləməklə ucaltmaq, nə də alçaltmaqla yıxmaq mümkündür". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!