“Dəstək vermirlər” - Vitse-prezident nazirlikləri qınadı

saytların hazırlanması

Evə çatdırılma

“Dəstək vermirlər” - Vitse-prezident nazirlikləri qınadı

Sosial

15 Yanvar 2020 16:47 1182


“Nazirliklərimiz elmə yönəlmirlər və AMEA-nın potensialından istifadə etməyərək,xarici ölkələrə üz tuturlar”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

O, akademiyada bir çox problemlərin olduğunu qeyd edib: Dördpendirli pizza

“Nazirliklərimiz xüsusən də Kənd Təsərrüfatı Nazirliyi elmə və innovasiyalara az dəstək verir və ümumiyyətlə dəstək vermirlər. Onlar xarici ölkələrə və şirkətlərə yönəlirlər. Bu da bizim gəlirlərimizin aşağı düşməsinə səbəb olub. Mən onlara demək istərdim ki,elmə dəstək versinlər və öz ölkəmizin insanlarının əməyindən istifadə etsinlər”.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağıbda akademiyanın bölmə rəhbərləri hesabat məruzəsi ilə çıxış ediblər. /AzEdu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!