Devid Bekhemə zadəgan titulu veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Devid Bekhemə zadəgan titulu veriləcək

Dünya

06 İyun 2025 16:38 323


Futbol üzrə İngiltərə millisinin keçmiş ulduzu – Devid Bekhem Britaniya Kralı Çarlzın ad günü münasibətilə gələn həftə keçiriləcək təntənəli təbdirlər çərçivəsində “Sir” zadəgan titulu ilə təltif olunacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İngiltərə yığmasından 100-dən çox oyun keçirmiş canlı futbol əfsanəsi son zamanda xeyriyyə kampaniyalarında fəal iştirakı ilə yadda qalıb. O xüsusilə aztəminatlı uşaqlara etdiyi ianələrlə tanınır. pizza

Təltifat mərasimində Devid Bekhemlə yanaşı onun modelyer və keçmiş müğənni (Spice Girls qrupunun keçmiş üzvü) həyat yoldaşı Viktoriya Bekhemin də paralel olaraq “Leydi” zadəgan titilu ilə mükafatlandırılacağı bildirilir.

Son vaxtlar cütlüyün müntəzəm olaraq Britaniya kralı ilə ziyafətlərdə və başqa ictimai tədbirlərdə birgə görüntüləndiyini qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!