“Dəyər görmədiyin yeri tərk et” - “7 canlı”dan gedən Vüsalə

saytların hazırlanması

Evə çatdırılma

“Dəyər görmədiyin yeri tərk et” - “7 canlı”dan gedən Vüsalə

Şou

22 İyun 2023 13:03 1127


Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir müddətdir ATV-dəki verilişindən uzaqlaşıb. 

Axşam.az-ın məlumatına görə, aparıcı ötən gün instaqramında etdiyi paylaşımla diqqət çəkib. 

Belə ki, Vüsalə paylaşımına "Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et..." sözlərini yazıb.  Sezar pizza

İzləyiciləri isə onun bu sözləri ATV kanalının rəhbərliyinə ünvanladığını yazıb. Vüsalə sosial şəbəkə istifadəçilərinin "7 canlı"ya çıxmaması haqda suallarını cavabsız qoyub. 

ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Axşam.az-a açıqlamasında "Vüsalə Əlizadənin səhhəti ilə bağlı "7 Canlı"nı bir müddət İlhamə Bədəlova aparacaq. Hər şey qaydasındadır" sözlərini söyləyib. 

Qeyd edək ki, "7 Canlı" verilişini bir müddətdir İlhamə Bədəlova aparır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!