“Deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım”

saytların hazırlanması

Evə çatdırılma

“Deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım”

İdman

08 Noyabr 2023 21:51 962


"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldığına görə tənqid olunması haqqında danışıb. 

Yenisabah.az xəbər verir ki, ispaniyalı futbolçu tənqidlərə əhəmiyyət vermədiyini deyib: 

“Haqqımda deyilənlərə əhəmiyyət versəydim, özümü 6-cı mərtəbədən atardım. Sağ qalmağın yeganə yolu dedi-qodulara məhəl qoymamaqdır. İnsanlar əslində baş verənlərin 10 faizini belə bilmirlər”.  Sezar pizza

Qeyd edək ki, Pike və Şakira 11 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Ayrılığa səbəb futbolçunun xəyanəti olub. Cütlüyün iki övladı var - Milan və Saşa. 

Pike karyerasını 2022-ci ilin sonunda "Barselona" ilə başa vurub. 36 yaşlı ispaniyalı həm də "Mançester Yunayted" və "Real Saraqosa"da çıxış edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!