“Ehtiyacı olan insanlara kömək etmək hər birimizin borcudur. Çətin günün ömrü az olar. Tezliklə bu bəladan da qurtulacağıq. Sağ olsun, dostlarım səsimə səs verib, yüzlərlə ailəyə kömək edirlər”.
Yenisabah.az xəbər verir ki, bu sözləri ATV-də efirə gedən “Bizimləsən” verilişində qonaq olan Əməkdar artist Mətanət İsgəndərli deyib. Əməkdar artist qeyd edib ki, yaranmış çətinlikdən sui-istifadə edənlər də var: “Bir nəfər mənə zəng edib deyir ki, kömək edin, darvazamı rəngləyim. Ayıbdır, belə etməyin”.
Telegram kanalımız