“Deyirlər özünü gözə soxmağa çalışır...” – Damla   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Deyirlər özünü gözə soxmağa çalışır...” – Damla + Video

Şou

06 İyun 2020 13:53 1248


Müğənni Damla bir həftə karantində saxlanıldıqdan sonra dünən “Xəzər” telekanalında yayımlanan "5/5" verilişində qonaq olub. 

Yenisabah.az xəbər verir ki, ifaçı ünvanına yazılan tənqidlərdən danışıb: "Deyirlər, çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. İnsanlara özünü mələk kimi təqdim edir. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa bir sənət dostumun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq, dürüstlükdürsə, səmimiyyətdir? Onlar haqda neqativ fikirlər demək və bunu "sözü üzə deyirəm" kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?". 

Damla müğənni Şəbnəm Tovuzlu ilə efirə çıxmaq istəməməsinə də aydınlıq gətirib: "Nə deyim. Nəinki Şəbnəm xanımla, heç bir sənət dostumla efirə çıxmıram. Bu haqda dəfələrlə demişəm”.  Sezar pizza

Sözügedən görüntüləri verilişin 15-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!