“Dezinfeksiya üçün ödəniş tələb edilməsi haqda məlumatlar həqiqəti əks etdirmir” - Abşeron RİH

saytların hazırlanması

Evə çatdırılma

“Dezinfeksiya üçün ödəniş tələb edilməsi haqda məlumatlar həqiqəti əks etdirmir” - Abşeron RİH

Siyasət

30 Mart 2020 16:27 701


Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan dezinfeksiya tətbirləri zamanı vətəndaşlardan hər hansı bir ödənişin tələb olunması barəsində bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Youtube” sosial şəbəkəsindəki “ReaksiyaTV” kanalında yayılan  məlumatlar həqiqəti əks etdirmir və tamamilə şər, böhtan xarakterlidir.

Rayon İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, bu cür şantaj məqsədi daşıyan informasiyalar sırf  jurnalist təxəyyülünün məhsuludur və rayon ərazisində görülən işlərin, həyata keçirilən layihələrin gözdən salınmasına və əhali arasında çaxnaşma yaratmağa hesablanmış addımdır:

"Qeyd etmək istərdik ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq rayonun kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür, Mənzil Kommunal İstismar Sahələrinin və rayon Gigiyena və Epidemilogiya Mərkəzinin əməkdaşları  tərəfindən rayonda mütəmadi olaraq profilaktika və dezinfeksiya tədbirləri həyata keçirilir. Ona görə də şər və böhtan xarakterli məlumatlar yayan şəxslər barəsində RİH tərəfindən aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır.  Pepperoni pizza

Rayon sakinlərindən isə xahiş edirik ki, həyata keçirilən dezinfeksiya tədbirləri zamanı onlardan hər hansı bir ödənişin tələb olunması faktı ilə qarşılaşsalar, bu barədə Abşeron rayon İcra Hakimiyyərtində yaradılan Operativ Qərərgaha (012-342-40-00) məlumat versinlər". 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!