DGK-nın daha 2 generalının həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

DGK-nın daha 2 generalının həbs müddəti uzadıldı

Maraqlı

05 Yanvar 2023 11:17 658


Dövlət Gömrük Komitəsinin (DGK) həbsdə olan iki generalının həbs müddəti uzadılıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində DGK yanında "Azərterminalkompleks" Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

Prosesdə istintaq orqanının vəsatətləri təmin edilib, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri 3 ay uzadılıb. Toyuqlu pizza

Xatırladaq ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!