Məşhur aktyor, "Oskar" mükafatı laureatı Leonardo Di Kaprio Amazon meşələrinin biomüxtəlifliyinin qorunması üzrə fövqəladə fondun yaradıldığını açıqlayıb.
“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, aktyor fonda beş milyon dollar miqdarında vəsait bağışlayıb.
Di Kaprio iyulda iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün "Alyans Yer" qeyri-kommersiya təşkilatı yaradıb. Ona bu işdə Loren Pauell-Cobs və milyarder Brayan Şet kömək edib. pizza hut
Beş milyon dollar həcmində ilk ödəniş Amazoniyanın zərər çəkmiş yerli xalqlarının zəruri resurlarla təmin edilməsinə, eləcə də ən iri tropik meşə massivinin biomüxtəlifliyinin qorunması ilə məşğul olan fondun tərəfdaşlarına dəstək verilməsinə ayrılacaq.
Dünən şəxsi “İnstaqram” hesabında paylaşım edən Di Kaprio fonda ianə çağırışı edib: “Amazonda iqlim tarazlığının zəifləməsini, biomüxtəlifliyini və yerli xalqların rifahına təhlükə olan böhrandan çox narahatıq"
Qeyd edək ki, Amazon meşələri alova bürünüb. Avqustun 15-dən bəri 9,5 mindən çox meşə yanğını baş verib. Yanğın 1,3 min kvadrat kilometr meşəni məhv edib, tüstü üç milyon kvadrat kilometr əraziyə yayılaraq San-Paulu sakinlərinin Günəşi görməsinə mane olub.
Telegram kanalımız