Di Kaprio “Apple” ilə eksklüziv müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Di Kaprio “Apple” ilə eksklüziv müqavilə imzaladı

Dünya

04 Avqust 2020 07:34 782


Leonardo di Kaprio və ona məxsus "Appian Way" studiyası "Apple" şirkəti ilə eksklüziv müqavilə imzalayıb.

Müqaviləyə əsasən tərəflər birgə film və televiziya layihələri hazırlayacaqlar. Bildirilir ki, daha əvvəl bənzər müqavilələr di Kaprio tərəfindən "Warner Bros" və "Paramount Pictures" şirkətləri ilə imzalanıb, lakin bu müqavilələrdə televiziya kontentləri barədə danışılmayıb.

"Apple" artıq "Appian Way" studiyası ilə Devid Qranın eyniadlı əsəri əsasında "Ay gülünün qatili" filminin çəkilişlərinə 200 milyon dollar investisiya etməyə hazır olduğunu bildirib. Dramanın rejissoru Martin Skorseze seçilib. Şimali Amerikada filmi "Apple TV+" servisi, beynəlxalq arenada isə "Paramount" təqdim edəcək. / Trend Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!