Argentina millisinin yarımmüdafiəçisi Anhel Di Mariya Amerika Kubokunun onun millidəki son turniri olacağını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, 35 yaşlı futbolçu Argentina mətbuatına açıqlamasında bununla bağlı deyib:
"Amerika Kubokunda son dəfə milli komandanın formasını geyinəcəyəm. Karyeramda baş verən ən gözəl hadisə ilə vidalaşıram. Azarkeşlərə, ailəmə təşəkkür edirəm. Dostlar və komanda yoldaşları, biz tarix yazmağa davam edirik”. Pepperoni pizza
Amerika Kuboku 2024-cü il iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.
Telegram kanalımız