Di Mariya “Qalatasaray”a keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Di Mariya “Qalatasaray”a keçə bilər

İdman

03 İyun 2023 14:18 874


“Yuventus”un futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər.

İtalyan insayder Nikolo Skiranın yaydığı məlumata görə, “Qalatasaray” Argentina millisinin üzvünün xidmətində maraqlıdır. 35 yaşlı vingerin Turin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. “Qoca sinyora” onunla yeni sözləşmə imzalamaq istəmir.

Portuqaliya çempionu “Benfika”da Di Mariyanı heyətində görmək istəyir. pizza hut

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm “Yuventus”da 39 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Di Mariya 2022-ci ildə Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!