Uels şahzadəsi Diananın 1990-1997-ci illər arasında bir ailə dostuna yazdığı məktublar hərracda 67 min 900 funt sterlinqə satılıb.
Yenisabah.az xəbər verir ki, Diananın Kraliça Elizabetə yazdığı məktub ən yüksək qiymətə satılan məktub olub.
Sözügedən məktublar 36 ədəd olub və ailə dostu Rocer Brəmblə yazılıb. pizza sifarişi
Bildirilib ki, Diana məktublarda Şahzadə Çarlzdan boşanma və 1993-cü ildəki intihar cəhdindən sonra yaşadığı problemləri qələmə alıb.
Kraliçaya “şef” deyə xitab etdiyi məktub isə hərracda 7 min 200 funt sterlinqə alıcı tapıb.
Məktublardan əldə edilən gəlirin İngilis Milli Baleti və Gənc Musiqiçilər Simfoniya Orkestri kimi qurumlara bağışlanacağı qeyd olunub. /Qafqazinfo
Telegram kanalımız