"Roma"nın baş məşqçisi Klaudiyo Ranyeri futbolçusu Paulo Dibalanın gələcəyi barədə danışıb.
Yenisabah.az "Sky Sport Italia"ya istinadla xəbər verir ki, mütəxəssis deyib: "Bilirəm ki, o, klubda qalmaq istəyir. Dibala ilə bağlı heç bir təklif almamışıq".
Daha öncə "Qalatasaray"ın 31 yaşlı argentinalı futbolçu ilə danışıqlar aparması bildirilmişdi. pizza mizza
Paulo Dibala bu mövsüm "Roma"nın heyətində 19 matça çıxaraq 4 qol vurub və 2 qolun ötürməsini edib. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Telegram kanalımız