Dieqo Kosta “Atletiko”dan ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Dieqo Kosta “Atletiko”dan ayrıldı

İdman

29 Dekabr 2020 22:45 904


“Atletiko”nun hücumçusu Dieqo Kosta Madrid təmsilçisindən ayrılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 32 yaşlı futbolçunun tələbi nəticəsində tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Razılığa əsasən, Kosta “Atletiko”nun La Liqa və ya UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri ilə anlaşsa, kluba 15 milyon avro təzminat ödəməli olacaq. Marqarita pizza

Xatırladaq ki, “Atletiko” Diego Kostanı 2017/18 mövsümünün əvvəlində “Çelsi”dən transfer etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!