“Digah-Bilgəh” magistral qaz kəməri zədələndi, Nardaranda abonentlər qazsız qaldılar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Digah-Bilgəh” magistral qaz kəməri zədələndi, Nardaranda abonentlər qazsız qaldılar - Fotolar

Hadisə

04 Fevral 2024 19:25 628


Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen “Digah-Bilgəh” magistral qaz kəməri zədələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azəriqaz İB-dən bildirilib.

Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin ediliblər. Marqarita pizza

Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!