Dik Çeyni vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Dik Çeyni vəfat etdi

Dünya

04 Noyabr 2025 16:20 270


ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Punchbowl" portalının təsisçisi Ceyk Şerman məlumat verib.

"ABŞ-nin 46-cı vitse-prezidenti Riçard Çeyni noyabrın 3-də vəfat edib. O, 84 yaşında idi... Sabiq vitse-prezident pnevmoniya və ürək-damar xəstəliklərinin ağırlaşmasından vəfat edib", - o bildirib. Sezar pizza

Qeyd edək ki, 1941-ci ildə ABŞ-nin Nebraska ştatında anadan olan Dik Çeyni siyasi karyerasına 1969-cu ildə başlayıb. Ata Corc Buşun prezidentliyi dövründə müdafiə naziri vəzifəsini tutan Çeyni, oğul Corc Buşun administrasiyasında vitse-prezident vəzifəsində çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!