Diktatorun oğlunun 25 lüks avtomobili hərraca çıxarılır   - 18 milyon dollara

saytların hazırlanması

Evə çatdırılma

Diktatorun oğlunun 25 lüks avtomobili hərraca çıxarılır - 18 milyon dollara

Dünya

29 Sentyabr 2019 19:40 1219


İsveçrə hakimiyyəti Ekvatoril Qvineyanın prezidenti Teodoro Obinaq Nqema Mbasaqanın  oğlu Teodorin Obinaq Nqemadan müsadirə edilmiş 25 lüks avtomobildən ibarət kolleksiyanı hərraca çıxarır.

"Yeni Sabah" "Virtualaz.org"a istinadən xəbər verir ki, bu haqda ABC News telekanalının reportajında bildirilir.

Dominos pizza

Britaniya hərrac evi Bonhams-ın qiymətləndirmələrinə görə avtomobillərin satışından 18.5 milyon İsveçrə franskı əldə etmək mümkün olacaq. Bu, təxminən həmin məbləğdə ABŞ dolları deməkdir. Pullar isə Ekvatorial Qvineyada xeyriyyə işlərinə sərf olunacaq.

Hərraca çıxarılan avtmobillər arasında “Lamborghini Veneno” superkarı var, Bonhams hərrac evi onun satışından 5.2 milyon frank əldə etməyi gözləyir. Habelə diktatorun oğlunun “LaFerrari” hiperkarının azı 2.6 milyon franka satılması proqnozlaşdırılır.

Cenevrə prokurorluğu həmin avtomobillərə Teodorin Obinaqın Ekvatorial Qvineyada mənimsənilmiş pulların İsveçrədə yuyulması ilə bağlı başlatdığı təhqiqat çərçivəsində həbs qoyub. İş  bu ilin fevralında bağlanıb. Diktatorun oğluna məxsus avtomobillərə və yaxtaya isə hələ 2016-cı ildə həbs qoyulmuşdu.

Teodoro Obinaq Ekvatorial Qvineyanı 40 ildir-1979-cu ildən idarə edir. O, hakimiyyətə doğma əmisini devirərək hərb çevriliş yolu ilə gəlib. Obianq hakimiyyətdə yüksək vəzifələrə öz qohumlarını təyin edir, məsələn, avtomobilləri müsadirə edilən Teodorin onun birinci nigahdan olan oğludur və ölkənin vitse-prezidenti vəzifəsini tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!