Dilarə Nadirə sataşdı: ““Eurovision“ səhnəsinə “Maral“la çıxmalıdırlar?“

saytların hazırlanması

Evə çatdırılma

Dilarə Nadirə sataşdı: ““Eurovision“ səhnəsinə “Maral“la çıxmalıdırlar?“

Şou

02 İyun 2021 17:07 984


Müğənni Dilarə Kazımova Avroviziya təmsilçimiz Samirə Əfəndinin müdafiəsinə qalxıb.

Yenisabah.az xəbər verir ki, o, Samirəni tənqid atəşinə tutan həmkarlarının dediklərinə cavab verib:

"Hər şey birdən alınmır. Olmur ki, geyimi dəyiş yallı get, sonra təzədən geyin. İnsanlar hər şeyi şişirdirlər. Deyirlər, çimərlik geyimində, bodidə çıxmayın. Nə ilə çıxsın? "Eurovision" səhnəsinə "Maral"la çıxmalıdırlar? Qapalı geyinməlidirlər? "Maral"ı xalq mahnısı kimi tanıyıram. Nadir Qafarzadəni çox sevirəm. Samirə əlindən gələni etdi, yaxşı oxudu. Üstünə niyə düşürlər? Fərqli insanların davasına girişməyi fikirləşmirəm. Samirəyə dəstək oluram, çünki vaxtilə mənə də o dəstək lazım idi". Marqarita pizza

Xatırladaq ki, Nadir Qafarzadənin “Mercedes” tumanla yallı gedəndə belə olmalıydı da” sözləri sosial şəbəkədə xeyli müzakirə olunmuşdu.  

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!