Dilçilik İnstitutunun direktoru: “Tak çto”...

saytların hazırlanması

Evə çatdırılma

Dilçilik İnstitutunun direktoru: “Tak çto”...

Sosial

20 May 2025 17:32 1254


Dilin öz normaları, öz qaydaları var və Orfoqrafiya lüğəti də bu qaydalar əsasında hazırlanır.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli akademik Nizami Cəfərovun fikirlərinə münasibət bildirərkən deyib.

Nadir Məmmədlinin sözlərinə görə, Nizami Cəfərov təklif etdiyi sözlərin Orfoqrafiya lüğətinə salınmasını nəzərdə tutmayıb: pizza hut

“Ola bilsin ki, onun fikirləri təhrif edilib, kontekstdən çıxarılıb, bəlkə də akademik həmin sözlər üçün ayrı bir lüğətin yaradılmasını təklif edib. Biz də bu təkliflə razılaşıb, Nizami Cəfərovla həmin lüğətin tətbiqində əməkdaşlıq edə bilərik. Hazırda yeni Orfoqrafiya lüğəti hazırlanır. Ancaq həmin sözlərin lüğətə əlavə edilməsi qeyri-mümkündür”.

Xatırladaq ki, akademik Nizami Cəfərov mediaya açıqlamasında deyib ki, "Vopşe", "tak çto", "znaçit" kimi sözləri lüğətimizə daxil etməliyik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!