Dilənçinin qucağındakı bələkdən körpə yerinə oyuncaq ayı çıxdı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Dilənçinin qucağındakı bələkdən körpə yerinə oyuncaq ayı çıxdı - Fotolar

Maraqlı

01 Mart 2023 11:12 773


Dilənçi qadının qucağındakı bələkdən körpə yerinə oyuncaq ayı çıxıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağın Çorlu rayonunda dilənçiliklə məşğul olan B.B adlı qadının qucağındakı körpəyə oxşayan bələyin içindən oyuncaq ayı çıxıb. 

Çorluda polis əməkdaşları şöbəyə daxil olan Atatürk Bulvarındakı dilənçilik şikayətinin ardından bölgəyə gedib. Qucağına sarılı körpə ilə dilənən B.B. adlı qadın polisə müqavimət göstərsə də şöbəyə aparılıb.  Dominos pizza

Polis  qadının qucağındakı qundağı açanda körpə əvəzinə içindən oyuncaq ayı çıxıb. Pulu olmadığını deyən dilənçi 617 lirə məbləğində cərimələnib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!