Xalq artisti Brilliant Dadaşova Tarix Əliyevin (Tolik) “YouTube”da yayımlanan “Səmimi” layihəsinin qonağı olub.
Yenisabah.az xəbər verir ki, o, adının din xadimi ilə hallanması məsələsinə növbəti dəfə aydınlıq gətirib. Sənətçi həmin şəxsi heç vaxt görmədiyini bildirib: “Bir din xadimi var. Onunla mənim adımı illərdir yan-yana çəkirlər. Əvvəllər dedi-qodu kimi adımı çəkirdilər, amma indi dılğırın biri xarici ölkədə oturub ağzına gələni danışır. Mən əlimi göyə qaldırdım, dedim ki, Allah, sənə qurban olum. Mən həmişə özümdə səhv tuturam, fikirləşirəm ki, nəyisə düzgün etməmişəm, bu səbəbdən yanlış anlaşıldım. Tanımadığım, kəlmə kəsmədiyim adamdır”.
Həmin görüntüləri təqdim edirik: pizza
Telegram kanalımız