“Dilləri və üslubları üfunət iyi verir” – REAL-dan Milli Şuraya ağır sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Dilləri və üslubları üfunət iyi verir” – REAL-dan Milli Şuraya ağır sözlər

Siyasət

30 May 2020 12:57 1053


“Dəyərli jurnalist doslar və facebook əhli! Lütfən, “zoomparkın” son seriyası ilə bağlı zəng etməyin, adımı tag edib bu məsələ ilə bağlı şərh verməyimi istəməyin. Mənasız işdir, zatən hər şey göz qabağındadır”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. “Adamların dərdi bu hökumət deyil də, müxalifətdir, REAL-dır, İlqardır, Zöhrabdır, dilləri və üslubları üfunət iyi verir. Sonra da cəmiyyətin bəzi səmimi üzvləri deyir ki, niyə birləşmirsiniz, nədən birgə hərəkət etmirsiniz?! Bu səviyyədə olanlarla birləşsən nə əldə edəcəksən ki?! Zatən onların dərdi ölkəni dəyişmək deyil, tək işləri hamıya qara yaxaraq, çamur ataraq “müxalifət nazirliyi” statusunda qalmaqdır. Olsun, biz ölkədə normal sistem qurub hakimiyyətə gələndə də müxalifət onlar olsun, problem deyil. Bilirik ki, yenə çıxıb “mənfur REAL rejimi”, deyərək zəvzəkləyəcəklər. Yenə də ortalığa plan, proqram, sənəd, cəlbedici hekayə qoya bilməyəcəklər. Belə "müxalifətə" can "qurban”...” - deyə Natiq Cəfərli əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!