DİM imtahanın nəticələrini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

DİM imtahanın nəticələrini açıqladı

Sosial

01 İyul 2019 13:45 1108


Dövlət İmtahan Mərkəzinin 2019-cu il iyunun 30-da keçirdiyi imtahanların nəticələri elan olunub.

DİM-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, imtahanlarda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları iştirak edib. Həmçinin:

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; Sezar pizza

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları; 

İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!