“DİM-in abituriyentlər üçün nəşr etdiyi vəsaitlərdə rəqəmlər üst-üstə düşmür“ -   Ekspertdən iddia

saytların hazırlanması

Evə çatdırılma

“DİM-in abituriyentlər üçün nəşr etdiyi vəsaitlərdə rəqəmlər üst-üstə düşmür“ - Ekspertdən iddia

Sosial

20 İyul 2019 09:39 1895


Təhsil üzrə ekspert Kamran Əsədov iyulun 9-da Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 4-cü nömrəsindəki rəqəmlərdə uyğunsuzluq olduğunu aşkarlayıb.

“Yeni Sabah” xəbər verir ki, ekspert əvvəlcə jurnaldakı rəqəmləri diqqətə çatdırıb:

"Jurnalın bu nömrəsində 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib. Sezar pizza

Məlum olub ki, 2019-cu ildə abituriyent jurnalının 4-cü sayında 47.739 plan yeri var ki, onların da 20254 plan yeri dövlət sifarişi üzrə ayrılıb.

I qrup Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 14031 yer; rus bölməsi üzrə: 1000 yer. Ümumilikdə 15031 yer.

II ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 13241 yer; rus bölməsi üzrə: 1000 yer. Ümumilikdə 14241 yer.

III ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 10266 yer; rus bölməsi üzrə: 1005 yer. Ümumilikdə 11271 yer.

IV ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 3310 yer; rus bölməsi üzrə: 305 yer. Ümumilikdə 3615 yer.

V ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 3462 yer; rus bölməsi üzrə: 119 yer. Ümumilikdə 3581 yer".

Ekspertin sözlərinə görə, DİM-in bir neçə gün öncə dərc etdiyi "İxtisas seçimi zamanı nələrə diqqət yetirək?" adlı vəsaitə əsasən hesablama zamanı rəqəmlər arasında 200 fərq yaranır:

"Amma abituriyent 4 jurnalında hansı rəqəm varsa, 100 faiz dəqiqliklə 47.739 plan yerini və 20254 dövlət sifarişli yeri əllərimlə hesablamışam. 

Rəqəmlər arasında uyğunsuzluq belədir:

Mənim hesabım:

I ixtisas qrup: ümumi 15031 plan yeri, onun Azərbaycan bölməsi 14031 plan yeri,rus bölməsi üzrə 1000 plan yeri, 9496 plan yeri dövlət sifarişli.

DİM-in yeni vəsaitində qeyd olunan:

I ixtisas qrup:ümumi 15223 plan yeri, onun Azərbaycan bölməsi 11081 (+2980 birgə) plan yeri,rus bölməsi üzrə 1162 plan yeri, 9351 plan yeri dövlət sifarişli.

Mənim hesabım:

IV ixtisas qrup: ümumi 3615 plan yeri, onun Azərbaycan bölməsi 3310 plan yeri,rus bölməsi üzrə 305 plan yeri, 2318 plan yeri dövlət sifarişli.

DİM-in yeni vəsaitində qeyd olunan:

IV ixtisas qrup: ümumi 3710 plan yeri, onun Azərbaycan bölməsi 2895 (+510 birgə) plan yeri,rus bölməsi üzrə 305 plan yeri, 2398 plan yeri dövlət sifarişli".

Ekspert DİM-in bu barədəki açıqlaması ilə razılaşmır:

"DİM deyir ki, siz xüsusi təyinatlı təhsil müəssisələrinin plan yerini hesablamamısız. Axı xüsusi təyinatlı təhsil müəssisələrinin plan yeri, ixtisasları barədə məlumat yoxdur. Mən jurnalda nə say var, onu deyirəm və qeyd etdiyim rəqəmlər də sizin jurnala istinaddır. 

Əgər həqiqətən də xüsusi təyinatlı təhsil müəssisələrinin (DİN akademiyası, DTX akademiyası, DSX akademiyası) dövlət sifarişli plan yerləri burda nəzər alınırsa, bu barədə məlumat verilməlidir”.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!