DİM-in buraxılış imtahanları ilə bağlı  “B” planı var -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

DİM-in buraxılış imtahanları ilə bağlı  “B” planı var - RƏSMİ AÇIQLAMA

Sosial

20 Aprel 2020 13:24 905


Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının hansı formada keçirilməsinə münasibət bildirib.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova AZTV-nin efirində deyib ki, xüsusi karantin rejimi uzanarsa, qurum digər plan əsasında imtahan keçirəcək:

“A” və “B” planı deyə bir şey var. DİM-in “A”, “B” planı var. Hamısı xüsusi karantin rejimindən asılıdır. Bu rejim, məsələn, may ayında bitsə, biz imtahanları sıx rejimdə adi qaydada keçirəcəyik. Ancaq karantin uzanarsa, biz də başqa plan əsasında imtahan keçirəcəyik”. pizza hut

“Azərbaycan dövləti, eləcə də, bizim üçün birinci növbədə abituriyentlərin sağlamlığı əsasdır. Mən inanmıram ki, indiki vaxtda hansısa valideyn koronavirus infeksiyasına yoluxmanı nəzərə alaraq, uşağını 10 min nəfərin iştirak etdiyi imtahana buraxmağa razılaşsın”, - deyə şöbə müdiri əlavə edib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!