DİM: Nəticələr gələn həftə elan olunacaq

saytların hazırlanması

Evə çatdırılma

DİM: Nəticələr gələn həftə elan olunacaq

Sosial

21 Avqust 2025 14:48 430


Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. Toyuqlu pizza

Proses müəyyən qədər vaxt tələb etdiyindən müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, 86 min 468 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!