DİM qabiliyyət imtahanı keçirdi – Nəticələr yaxın günlərdə

saytların hazırlanması

Evə çatdırılma

DİM qabiliyyət imtahanı keçirdi – Nəticələr yaxın günlərdə

Sosial

28 İyul 2025 14:44 414


İyulun 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçirilib.

Bu barədə Yenisabah.az-a DİM-dən məlumat verilib.

İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub. Pepperoni pizza

İxtisas imtahanlarında uğur qazanan 1074 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 75, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 877, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 122 abituriyentin imtahanda iştirakı gözlənilirdi.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!