DİM sədri: Bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq

saytların hazırlanması

Evə çatdırılma

DİM sədri: Bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq

Sosial

04 İyul 2025 17:39 370


Gələcək 5 ildə bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

"Bu, bir tərəfdən yaxşı haldır. Digər tərəfdən isə müəyyən problemlər yaradır. Belə sistem bütün dünyada mövcuddur", - Məleykə Abbaszadə əlavə edib. Dominos pizza

O bildirib ki, bəzən bəzi imtahanlarda müəyyən dələduzluq məsələləri olur:

"Elektron formaya keçəndə belə halların olmasını istəmirik. Məhz buna görə də bu sistemə yavaş-yavaş keçid edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!