DİM sürücülər üçün imtahan təşkil etdi

saytların hazırlanması

Evə çatdırılma

DİM sürücülər üçün imtahan təşkil etdi

Sosial

08 Avqust 2025 17:21 321


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün sürücülər, habelə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün imtahan keçirib.

Yenisabah.az xəbər verir ki, imtahandan 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Ümumən 1483 namizəd qeydiyyatdan keçib. Onlardan 1403 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, yalnız 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Pepperoni pizza

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 24 namizəd iştirak edib və 12 nəfər müvəffəqiyyət qazanıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 51 namizəd iştirak edib və 38 nəfər müvəffəqiyyət qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!