DİN 16 yaşlı qızla bağlı açıqlama yaydı:   Bu, müzakirə olunmayan gerçəklikdir

saytların hazırlanması

Evə çatdırılma

DİN 16 yaşlı qızla bağlı açıqlama yaydı: Bu, müzakirə olunmayan gerçəklikdir

Kriminal

12 Aprel 2021 17:10 1048


Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

Yenisabah.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib: "Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcəkdir. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir". Dördpendirli pizza

Xatırladaq ki, sosial şəbəkədə Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı məlumatlar yayılıb. Məlumata görə, həmin qız 30-a yaxın kənd sakini tərəfindən cinsi istismara məruz qalıb. Məlumatda o da qeyd edilib ki, guya həmin qızın yaşadığı evə polis tərəfindən kameralar quraşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!