DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən doqquz ay ərzində 1 463 yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, qəzaların təhlilinə əsasən, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar.
Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Cari dövr ərzində 1 557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub. Dördpendirli pizza
Telegram kanalımız