“Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək”.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
O, ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı açıqlamasında bildirib ki, kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır: “Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”. Toyuqlu pizza
Telegram kanalımız