4-10 may aralığında polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlayıblar.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şəhərdə 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21.040 ədəd müxtəlif çaplı patron, 5 trotil, 27 ədəd süngü-bıçaq və digər sursat da aşkar edilərək götürülüb.
Ağdərə rayonu ərazisindən 5 avtomat silahı, 18 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkarlanıb. pizza
Telegram kanalımız