Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Sərdar Səfərov vəzifəsindən azad olunub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Vilayət Eyvazovun digər əmri ilə general-mayor Sərdar Səfərov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. pizza mizza
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.
Telegram kanalımız