DİN-dən əhaliyə XƏBƏRDARLIQ- “Tanımadığınız şəxslərə...“

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən əhaliyə XƏBƏRDARLIQ- “Tanımadığınız şəxslərə...“

Kriminal

03 Oktyabr 2021 08:56 1023


Daxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev feysbukda paylaşım edib.

Paylaşımda deyilir: "Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, "Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa...." deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb. Toyuqlu pizza

Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!