DİN-dən Kəramət Böyükçölün tutulması ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən Kəramət Böyükçölün tutulması ilə bağlı AÇIQLAMA

Kriminal

18 Avqust 2020 18:31 1144


Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, K.Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər:

“Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Sezar pizza

Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!