DİN-dən qovulan Zalov yenidən məhkəmə qarşısında 

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən qovulan Zalov yenidən məhkəmə qarşısında 

Kriminal

15 Aprel 2020 15:11 935


Narkotiklərin qanynsuz dövriyyəsinə görə polis orqanlarından xaric edilən Zalov Aydın Camal oğlu Xətai rayonunda yerləşən qeyri yaşayış sahəsi ilə bağlı Bakı İnzibati məhkəməsinə şikayət edib. 

“Yeni Sabah”ın məlumatına görə, məhkəmə prosesinin hazırlıq iclası hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcək. Məhkəmə prosesində cavabdeh qismində Əmlak Məsələləri Dövlət Komitəsi tanınıb. 

Qeyd edək ki, Nizami rayon Polis İdarəsinin Narkomaniya və narkobiznesə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkklili Aydın Zalov vətəndaşların şikayətləri əsasında 2008-ci ilin sentyabr ayında həbs olunub. Vətəndaşların şikayətləri əsasında saxlanılan Zalovun xidməti otağından 16 qram heroin aşkarlanıb. Həmin şöbənin rəisi Zülfüqar Məmmədov isə bu hadisədən sonra aşağı vəzifəyə keçirilib. Həmin vaxt Zalov daxili işlər orqanlarından çıxarılıb və barəsində prokurorluqda cinayət işi açılıb.  Pepperoni pizza

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!