DİN-dən tanınmış ginekoloqun döyülməsi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən tanınmış ginekoloqun döyülməsi ilə bağlı açıqlama

Kriminal

15 Noyabr 2021 14:07 1018


Daxili İşlər Nazirliyi (DİN) Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımın döyülməsinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, DİN-in Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “Report”a bildirib ki, həkimin döyülməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.

“Hazırda Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəsticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o vurğulayıb. pizza sifarişi

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımı 20 yaşlı Yeganə Mirzəyevanı hamiləlik ilə əlaqədar müayinə edib. Həkim daha sonra qadını Bakıdakı xəstəxanalardan birinə göndərib və o, orada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək Lalə Kazımı ittiham edib və onu döyüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!