DİN-dən xaricdən gələn zənglərlə bağlı əhaliyə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən xaricdən gələn zənglərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Kriminal

02 Oktyabr 2021 22:30 1850


Daxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı “Facebook”da paylaşım edib.

Paylaşımda deyilir: Sezar pizza

“Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, “Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa...” deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!