DİN-dən Zirəddinə CAVAB:   “Bu dediklərini yəqin yuxuda görüb”

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən Zirəddinə CAVAB: “Bu dediklərini yəqin yuxuda görüb”

Sosial

20 Yanvar 2020 14:12 2953


Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan" "Youtube" kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, cinayətkarı tapmaq üçün polis Zirədddən niyə kömək istəməlidir ki:

"Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb". /Sonxeber.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!