DİN əhaliyə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

DİN əhaliyə xəbərdarlıq etdi

Sosial

08 May 2020 11:42 962


Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Yenisabah.az bildirir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il may ayının 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Qeyd edilməlidir ki, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir. Dominos pizza

Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!