Bugünkü futbol oyunu üçün qanunsuz bilet satanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bugünkü futbol oyunu üçün qanunsuz bilet satanlar saxlanıldı

Kriminal

17 Avqust 2022 17:43 1133


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları  tərəfindən tədbirlər görülüb. 

“Yeni Sabah” xəbər verir ki, DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, keçirilən tədbirlər zamanı müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb. 

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.  Toyuqlu pizza

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!